“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi və tamaşaçıları təbrik edirəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda "Bakı"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, müdafiəçilərin bir qədər inamsız çıxış etdiyini bildirib: "Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq".
E.Məmmədovun sözlərinə görə, futbolçusu Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq:
"Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.(pfl.az)