Ölkə başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb.
Newsport.az-ın məlumatına görə, Cümhuriyyət medalı ilə təltif edilənlər arasında "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov da var.
Xatırladaq ki, Nəcəfov karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub.

