"Bu oyunda üç xal qazanmaq çox vacib idi. "Simurq"a qarşı oynamaq çox çətindir. Rəqib qapanmağı bacaran bir komandadır. Buna baxmayaraq, qol vurmağı bacardıq və oyunun gedişini nəzarətdə saxlayırdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcüstanlı mütəxəssis "Simurq" üzərində 2:1 hesablı qələbəni şərh edib:
"Son dəqiqələrdə konsentrasiyanı itirdik və heç nədən qol buraxdıq. Amma futbolçulardan məmnunam və onlara təşəkkür etmək istəyirəm. Qarşıda bizi çətin oyunlar gözləyir. Tez bir zamanda bərpa olunub, mübarizəni həm kubokda, həm çempionatda davam etdirməliyik".