"Qarabağ"ın transfer etmək istədiyi Dani Kuintana Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, bu barədə Stadium.Az-a eksklüziv açıqlamasında ispan futbolçu özü məlumat verib. Səhər saatlarında paytaxtımıza ayaq basan "Valensiya"nın yetirməsi bu gün Ağdam klubu danışıqlar masasına əyləşəcək:
"Hazırda Bakıdayam. "Qarabağ"la danışıq aparmaq üçün gəlmişəm. Amma hələlik heç nə bilinmir. Ona görə də dəqiq bir söz deyə bilməyəcəm".
"Qarabağ"ın bu gün Kuintana ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. Ancaq Dani mövsümün sonuna kimi yeni klubunda çıxış edə bilməyəcək. Çünki "Qarabağ"a qədər artıq iki klubda çıxış edib. Qaydalara görə, bir futbolçu mövsüm ərzində 3 fərqli komandada oynaya bilməz.