Vüqar Əsgərov Latviya klubunda debüt etdi

Futbol üzrə Latviya çempionatında 21-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun yenicə transfer olunduğu “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Spartak”la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxmaqla yeni komandasında debüt edib. Millimizin sabiq forvardı 81-ci dəqiqədə əvəzlənib.

“Liepaya” hazırda 23 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right