Topaz Premyer Liqasının lideri "Qarabağ" ispaniyalı futbolçu Dani Quintana ilə razılığa gəlib.
Newsport.az-ın məlumatına görə, hücumameyilli yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzalamaq üçün artıq Bakıdadı.
Quintana ölkəmizə səhər saatlarında təşrif buyurub. "Atlılar"ın 3 illik müqavilə imzalamağı nəzərdə tutduğu Dani bu gün "Qarabağ"ın "Qəbələ"yə qarşı keçirəcəyi oyunu da izləyəcək.
Futbolinfo.az