“Qarabağ” üçün islandiyalılar

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə ilk oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, Tiranada keçiriləcək ilk matçın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq. 37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, “Partizani” – “Qarabağ” görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right