"Simurq"un gedənləri qayıtdı

Premyer Liqasının 24-cü turunda "İnter"in qonağı olacaq "Simurq" dünən son məşqinə çıxıb. 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmanın keçirələcəyi stadionda çalışmaları tamamlayan "Simurq", bir saata yaxın davam edən hazırlıqlığa isinmə hərəkətləri ilə başlayıb. Daha sonra qruplara bölünərək "kvadrat" və ikitərəfli oyun keçirilib. Sonda isə cinahlardan asmalar və onların qapanması tapşırığı yerinə yetirilib. 
 
Son məşqdə yalnız zədə səbəbindən heyətdən ayrı düşən Əli Gökdəmir iştirak etməyib. Milli komandaların düşərgələrində olan Rəşad Eyyubov, Vüqar Mustafayev və Vadim Abdullayev də artıq düşərgəyə qayıdıb və son məşqdə iştirak edib. 
 
Qeyd edək ki, "İnter" - "Simurq" oyunu sabah saat 15:00-da start götürəcək. Qarşılaşmanını baş hakimi Əliyar Ağayev olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right