"Universitatya Krayova"nın baş məşqçisi iddialıdı

"Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure Avropa Liqasındakı şanslarını dəyərləndirib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis komandasını avrokuboklara hazır hesab edir.

O, I təsnifat mərhələsində "Səbail"i üstələmək gücündə olduqlarını düşünür: "Azərbaycanın "Qarabağ" klubu ilə yoxlama görüşü keçirdik. Onlar Çempionlar Liqası və Avropa Liqasında müntəzəm çıxış edən güclü komandadı. Futbolda böyük yatırımlar qoyulur. Oynamadan dəqiq nəsə demək olmur. Amma hesab edirəm ki, biz mərhələni adlaya bilərik".

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında oyunlar iyulun 11-də və 18-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right