Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün oyunları bu günə nəzərdə tutulub.
Günün ilk oyun paytaxtda baş tutacaq. Burada “İnter” “Simurq”u qəbul
edəcək.
Digər oyunda “Neftçi” “Sumqayıt”ın qonağı olacaq.
Turun mərkəzi oyunu Respublika stadionunda keçiriləcək. Lider “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.
“Xəzər Lənkəran” isə doğma meydanda “Bakı”nı sınağa çəkəcək.
28 fevral
Topaz Premyer Liqası, XXIV tur
17:00. "Qarabağ" - "Qəbələ" 0:1 (İkinci hissə)
Qol: Namiq Ələsgərv,44-avtoqol (0:1)
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev
Tofiq Bəhramov adına Respublika stadionu
17:00. "Xəzər Lənkəran" - "Bakı" 2:1 (İkinci hissə)
Qollar: Ağabala Ramazanov, 9 (1:0), Nurlan Novruzov, 42 (1:1), Ağabala Ramazanov, 79 (2:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov
"Xəzər Lənkəran" mərkəzi stadionu
15:00. "İnter" - "Simurq" - 2:1
Qol: Baçana Sxadadze, 18 (1:0), Elvin Məmmədov, 79 (2:0), Marko Stanoyeviç, 87 (2:1)
Qırmızı vərəqə: Marko Stanoyeviç, 88 ("Simurq")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev
Bakı. "İnter Arena"
16:00. "Sumqayıt" - "Neftçi" - 0:1
Qol: Nikolas Kanales, 83 (0:1)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov
Sumqayıt. "Kapital Bank Arena"