Emil Balayev ən yaxşılar sırasında

Millimizin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının 16-cı turunda “Jetısu" ilə  keçirilən görüşün (1:0) ən yaxşı futbolçularından biri seçilib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, “Instat”ın təhlilinə görə, sözügedən matçda qapısını toxunulmaz saxlayan 24 yaşlı qolkiper komandasının ən yaxşı üçüncü oyunçusu olub. Onun çıxışı 278  xalla qiymətləndirilib. Balayevin ötürmələrinin 70 faizinin dəqiq olduğu bildirilib.

"Jetısu" ilə görüşdə birinci qolun müəllifi Fernander Kassay 1-ci (297 xal) , Nika Kvekveskiri 2-ci (290 xal) olub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right