Ramil tibbi müayinədən uğurla keçdi - müqavilə bağlayır

Mövsümün sonunda "Krılya Sovetov"la müqaviləsi başa çatan Ramil Şeydayev Moskva "Dinamo"suna keçməyə yaxındır.

Newsport.az "sport24.ru" saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisində tibbi müayinədən uğurla keçən millimizin üzvü ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq. Hələlik sözləşmənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Ramil ötən ilin avqust yayından "Krılya Sovetov"da çıxış edirdi. 23 yaşlı hücumçu ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right