Quliyevli “Spartak”dan ÇSKA üzərində qələbə

Rusiyanın “Spartak” (Moskva) klubu Avstriya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi bu komanda paytaxtın digər təmsilçisi – Moskva ÇSKA-sı ilə üz-üzə gəlib.
 
Dörd qolun qeydə alındığı qarşılaşma Ayazın komandasının qələbəsiylə yekunlaşıb – 3:1.
 
Quliyev də bu matçın iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
 
“Spartak” daha öncə Avstriyada Rusiya Premyer Liqasının digər təmsilçisi “Rostov”la qarşılaşmış və heç-heçəyə razılaşmışdı – 1:1. Ayaz həmin görüşdə də ilk 45 dəqiqədə meydanda olmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right