"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Albaniyanın "Partizani" klubu növbəti transferini reallaşdırıb.
Newsport.az-ın məlumatına görə, Tirana təmsilçisi kosovolu dayaq yarımmüdafiəçisi Rron Broyanı transfer edib. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Broyanın sonuncu klubu Makedoniya "Skopye"si olub.
O, Albaniya və Kosovonun U-21 yığmalarının üzvü olub. Futbolçu hər iki ölkənin pasportunu daşıyır.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-u Albaniyada keçiriləcək və Bakı vaxtı ilə 19:30-da start götürəcək.