İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, komandamız yenidən irlandiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ilk görüşündə İrlandiyanın U-19 yığması ilə qarşılaşan millimiz rəqibinə 0:6 hesabı ilə uduzub.