Futbol üzrə Haiti yığma komandası KONKAKAF “Gold Cup” turnirində üçüncü oyununu keçirib.
Newsport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi milli komanda Kosta Rika ilə qarşılaşıb. Görüş Haitinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gerye bu oyunun iştirakçısı olmayıb. Ağdam klubunun üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.