Emil Balayev "Ayntraxt"dan ayrılmasının səbəblərini açıqladı

Azərbaycan milli komandasının üzvü Emil Balayev Qazaxıstanın "Tobol" klubunda uğurlu çıxışı ilə diqqət mərkəzindədir.

 

25 yaşlı əlcək sahibi 2015-ci ildə Almaniyanın "Ayntraxt" klubuna keçmişdi. Ancaq Balayev Bundesliqa klubunda möhkəmlənə bilməmişdi.

 

Newsport.az xəbər verir ki, sosial şəbəkədə fanatlardan biri Emildən Frankfurt klubunda karyerasının alınmamasının səbəbini soruşub.

 

"Müqavilənin bitməsi, zədələr, əməliyyatlar və əsas heyətə düşə bilməmək. Bir neçə səbəb var idi. Hər bir hadisədə xeyir var", - deyə qapıçı bir neçə amil göstərib.

 

2016-cı ildən "Ayntraxt"dan ayrılan Balayev "Qarabağ" və "Səbail"də çıxış etdi. Emil bu ilin əvvəlindən yenidən legioner həyatı yaşamağa qərar verdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right