"Qarabağ"ın yeni transferi məşqlərə başladı

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" dünən günün ikinci məşqinə çıxıb.
 
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda axşam məşqinə  "kvadrat"la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçular ikitərəfli oyunla məşqi başa vurub.
 
Qeyd edək ki, yeni transfer Xayme Romero  komanda ilə məşqlərə qoşulub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right