Avropa Liqasına hazırlığını Bolqarıstanda davam etdirən "Səbail" bu gün növbəti sınağına çıxacaq. Newsport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yenə ev sahibləri ilə üz-üzə gələcək.
İyunun 21-də Plovdiv "Lokomotiv"inə uduzan (0:1) Aftandil Hacıyevin yetirmələrinin budəfəki rəqibi "Beroe" olacaq. Bansko şəhərindəki matç Bakı vaxtı ilə 19:30-da start götürəcək.
Qeyd edək ki, "Səbail" toplanış çərçivəsində həmçinin "Klinçeni" (Rumıniya - 28 iyun) və "FK Makedoniya" (Makedoniya - 1 iyul) ilə qarşılaşacaq.
Yoxlama görüşü
25 iyun
19:30. "Səbail" - "Beroe" (Bolqarıstan)