Baş məşqçi “sarı” aldı, tarixə düşdü

Argentina millisi Amerika kubokunun 3-cü turunda Qətəri məğlub edərək, 1/4 final mərhələsinə yüksəlib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə Amerika kuboku tarixində bir ilk yaşanıb. Belə ki, oyunun çilili baş hakimi Xulio Qonsales Argentina millisinin baş məşqçisi Lionel Skalonini etirazlarına görə sarı vərəqə ilə cəzalandırıb. Skaloni, Amerika kuboku tarixində ilk sarı vərəqə alan baş məşqçi olub.

Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsində Venesuela yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right