"Düşünürəm ki, "Qarabağ"la oyun daha çətin keçəcək"

"Düşünürəm ki, "Qarabağ"la oyun daha çətin keçəcək".

Newsport.az xəbər verir ki, bu sözləri "Krayova" klubunun hücumçusu Karlos Fortes Avstriya toplanışı çərçivəsində "Orenburq"la yoxlama oyunundan (1:1) sonra Rumıniya mətbuatına açıqlamasında deyib. "Qarabağ"la keçirəcəkləri hazırlıq matçından danışan portuqaliyalı forvard Ağdam klubunu yaxşı tanıdığını bildirib:

"Qarabağ" ötən mövsüm Avroliqada "Sportinq"ə qarşı oynayıb. Yaxşı komanda olduğunu bilirəm. Ağır oyun olacaq. Amma bizim də yaxşı komandamız var. Qalib gələ bilə bilərik".

Qeyd edək ki, "Qarabağ" - "Krayova" oyunu iyunun 25-də keçiriləcək. Ağdam təmsilçisi Avstriyadakı ilk sınağında Bolqarıstan çempionu "Ludoqorets"ə 0:2 hesabı ilə uduzub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right