“Neftçi” “Şerif” səviyyəsindədir” - Kristian Efros

"Futbolçularımız oyunun böyük hissəsini yaxşı keçirdilər. Qol imkanlarımız vardı, vurmaq lazımdı. Ancaq bunu edə bilmədik. Rəqib isə qoluna imza ataraq nəticə əldə etdi. Bəli, son nöqtəni qoymağımız daha yaxşısını arzulayır. İşləməkdə davam etməli, səhvlərimizi təhlil və daha yaxşı məşq etməliyik".
Newsport.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros bildirib.
 
Ölkə çempionatının hesabat turunda "Milsami"yə evdə 0:1 hesabıyla uduzduqları qarşılaşmanı dəyərləndirən gənc mütəxəssis püşkdən də söz açıb: "Rəqibimiz güclüdü və bizə çətin olacaq. "Neftçi" yəqin ki, "Şerif" səviyyəsindədi. Amcaq futbol belədi...Necə ki bu matçda belə idi, qol imkanlarımız vardı, ancaq istifadə edə bilmədik. Bəlkə onlar da vura bilmədi, biz isə bunu bacararıq. Bu, hər qarşılaşmada baş verə bilər".
 
Efros Avropa Liqası öncəsi heyətin gücləndiirlməsindən də danışıb: "Bəli, bunu çox istəyirik. Hərçənd, bunu çatdırmaq elə asan da deyil. "Transfer pəncərəsi"nin açılması iyulun 2-nə təxirə salınıb, Avropa Liqasında isə iyulun 5-dək futbolçu sifariş etmək olar. Hər şeyi üç günə çatdırmaq lazımdı. Bilmirəm, alınacaqmı, ancaq çalışacağıq. Yaxşı futbolçular tapmaq çətindi, buna görə seçimdə səhv etmək istəmirsən. Riskə getmək lazım gəlir, çünki heç də həmişə yaxşı futbolçu seçimini uğurla etmək alınmır. Gələn üç futbolçudan heç olmasa biri bizə kömək edərsə, artıq bu, yaxşıdı".
 
Xatırladaq ki, "Neftçi" "Sperantsa"yla ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü 18-də evdə keçirəcək. 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right