“Neftçi” PFK-nın II “Neftçili Yay” futbol düşərgəsində 1-ci qrupa yekun vurulub.
Newsport.az-ın məlumatına görə, “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə səhər proqramından sonra mükafatlandırma mərasimi baş tutub.
Uşaqlara sertifikatları və hədiyyələri “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub prezidenti Kamran Quliyev, “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov, U-19 komandamızın çalışdırıcısı Fərrux İsmayılov təqdim ediblər.
Qeyd edək ki, “Neftçili Yay” futbol düşərgəsində 2-ci qrupa sabah start veriləcək.
.jpg)





.jpg)







.jpg)



.jpg)