Emil Balayevli "Tobol"un Avropa Liqasındakı oyunlarının vaxtı açıqlandı

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Jeness" klubu ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, komandalar arasında ilk oyun iyulun 11-i Lüksemburqda reallaşacaq. Cavab oyunu isə ayın 18-i Astanadakı "Astana Arena"da baş tutacaq.

 

"Tobol" ev oyununu təmsil etdiyi şəhərdə keçirməyəcək. Buna səbəb Kostanay hava limanında təmir işlərinin getməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right