“Nurgün” şirkətlər qrupunun vitse-prezidenti, "Rəvan" klubunun prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti dünən saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.
Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş. 50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. (virtualaz.org)