Slovakiya millisində ciddi itki - virusa yoluxdu, Bakıya gəlmədi

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Slovakiya millisi ciddi itkiylə üzləşib.

 

Newsport.az federasiyanın saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Miroslav Stox Bakıya gətirilməyib.

 

Buna səbəb onun güclü virusa yoluxması olub. Çexiyanın "Slaviya" klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi virusunu təmizlətmək üçün Slovakiyanı tərk etməyib.

 

İyunun 11-i, 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyununun start fiti 20:00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right