Ötən gün “Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandanın Biləcəri qəsəbəsindəki təlim-məşq bazasını ziyarət edib.
Newsport.az-ın məlumatına görə, Hafiz Məmmədov bir ildən artıq idi ki, klubun bazasına gəlmirdi. Son zamanlar isə təlim-məşq bazasına bitişik ərazidə yaradılan Qolf Federasiyasıyla aralarında yaranan problemlər də mətbuatda gündəmə gəlmişdi. Hafiz Məmmədov bazaya gəlsə də, komanda üzvləriylə görüşməyib. Ancaq klub rəsmilərinə bildirib ki, yaxın bir neçə gündə futbolçulara olan borcları ödənəcək.
Hafiz Məmmədovun bu gedişi ondan xəbər verir ki, onun məngənədə olan işləri artıq yoluna düşüb və problemlər arxada qalıb.
Çünki Məmmədov bazada olan zaman yeni işlərin görülməsi ilə bağlı göstərişlər verib.