Antalyada təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması bu gün növbəti yoxlama matçını keçirib.
Newsport.az-ın məlumatına görə, komandamız bu dəfə Norveçin "Konnerud" klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 16:00-da başlayan qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Elvin İmanlı (2), Hacı Hacıyev və Bahadur Həziyev vurublar.
Antalyada ilk yoxlama görüşündə İsveçrənin "Benfika" klubunu 9:0 hesabı ilə darmadağın edən millimiz ikinci matçında Belarusun U-17 yığmasına uduzub - 1:2.