Emil Balayev rəmzi komandada

Qazaxıstan Premyer Liqasında 13-cü turun rəmzi komandası açıqlanıb.

Newsport.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı ən yaxşı 11-likdə yer alıb.

Ötən tur “Şaxtyor”la (Karaqanda) oyunda penaltini qaytaran, həmçinin 3 dəfə komandasını real qoldan xilas edən millimizin üzvü 100 faizlik göstərici ilə (313 xal) rəmzi komandaya düşüb.

Qeyd edək ki, Balayevlə yanaşı, komanda yoldaşı Baurjan Turısbek də ən yaxşı 11-likdə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right