"İnter"in prezidenti Georgi Nikolov AFFA-nın baş katibi Elxan Məmmədovun dünənki müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, bolqarıstanlı futbol funksioneri klubun rəsmi saytına açıqlamasında Məmmədovun danışılmış oyunlardan bəhs edərkən "İnter" - "Simurq" matçlarını nümunə göstərməsini doğru hesab etmədiyini söyləyib:
"AFFA-nın baş katibi Elxan Məmmədovun "Fair Play" prinsiplərini nəzarət altında saxlanmasını doğru hesab edir və alqışlayırıq. Amma Azərbaycan çempionatı çərçivəsində keçirilmiş ədalətli oyun prinsiplərinə sığmayan qarşılaşmalara "İnter" - "Simurq" matçlarını nümunə göstərilməsini doğru hesab etmirik. Zaqatala təmsilçisi ilə keçirilən son oyunların statistikası bu iki komanda arasında baş tutmuş oyunların nəticələrinə əsasən daha çox itirən komandanın məhz "İnter" olduğunu təsdiqləyir. "İnter" klubu həmişə "Fair Play" qaydaları çərçivəsində fəaliyyət göstərmiş və bundan sonra da ədalətli futbol prinsiplərinə uyğun addımlar atacaq".