"Qarabağ" "Qəbələ" ilə oyuna itkilərlə hazırlaşır

Premyer Liqanın XXIV turunda "Qəbələ"ni qəbul edəcək "Qarabağ" oyunöncəsi məşqlərini bazasındakı meydançada edəcək. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ağdamlıların bugünə bir məşqi nəzərədə tutulub.

Məlum olduğu kimi, hazırda Antalyada təlim-məşq toplanışında olan millimizdə "Qarabağ"ı Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, Namiq Ələsgərov təmsil edir. Belədə komanda 6 əskiklə hazırlaşır.

Fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right