Kardozo: "Hakim məni söydü"

"Neftçi"nin müdafiəçisi Karlos Kardozo AZAL-la oyunun yan xətt hakimi Nahid Əliyevdən narazı qalıb.

Newsport.az-ın məlumatına görəbraziliyalı müdafiəçi hakimin onu söydüyünü bildirib: "Mən 5 ölkədə futbol oynamışam, 30 yaşım var. Amma belə halla ilk dəfədir ki, qarşlılaşıram. Yan xətt hakiminə (Nahid Əliyevi nəzərdə tutur-red.) etiraz etdim. O isə məni təhqir etdi. Azərbaycan dilində müəyyən sözləri başa düşürəm. Əminliklə deyirəm ki, o məni söydü. Səhv başa düşməmişəm. Mətbuatı uşaqlar da oxuyur. Ona görə də hakimin sözlərini təkrarlaya bilmərəm". (Futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right