"Qarabağ"la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın III turundan təxirə salınmış görüşdə AZAL üzərində qazanılan səfər qələbəsini (1:0) şərh edib:
"Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq".