Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoldaşlıq oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, görüş affa.az saytı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.