Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
Newsport.az-ın məlumatına görə, futbolçularımız Belarusun U-17 komandası ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığmamız meydana qara sarğı ilə çıxacaq.
24 fevral
Yoldaşlıq oyunu
14:00. Azərbaycan U-17 - Belarus U-17 1:2 (Fasilə)
Qollar: Pilağa Mehdiyev, 40 - Lisakoviç, 5, 17