Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin XXIV turunda keçiriləcək bir oyunun vaxtı dəyişdirilib.
Newsport.az-ın məlumatına görə, “İnter” – “Simurq” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi fevralın 27-də deyil, martın 2-də reallaşacaq.
Buna səbəb “İnter”in futbolçularının müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsində olmasıdır.