“Sumqayıt”da ayrılıq: Hücumçu yola salındı

Ölkə kubokunun finalında “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” klubunda ayrılıq reallaşıb.

Newsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bir müddətdir əvəzedici komandaya göndərdiyi Atilla Yıldırımla yollarını ayırıb. Forvardın müqaviləsinin müddəti başa çatıb və rəhbərlik onunla vidalaşmağa qərar verib.  

Qeyd edək ki, Atilla Yıldırım ötən yay Hollandiyanın “Maastrixt” komandasından “Sumqayıt”a cəlb olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right