Antalyada təlim-məşq toplanışında olan milli komandamız bu gün yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, komandamız Ukraynanın "Şaxtyor" klubu ilə qarşılaşacaq. Bu oyun Robert Prosineçkinin millimizin sükanı arxasında ilk sınağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
24 fevral
Yoxlama oyunu
18:00. Azərbaycan - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2
Qollar: Duqlas Koşta, 37 (0:1), Namiq Ələsgərov, 43 (1:1), İsmaili, 66 (1:2)
Hakimlər: Vitali Sevostyanik, Sergey Qidreviç, Yevgeni Yuçeviç (hamısı Belarusdandır)
Türkiyə, Antalya şəhəri.
Azərbaycan: Andrey Popoviç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Qara Qarayev, Əfran İsmayılov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Namiq Ələsgərov, Məhəmməd Qurbanov
"Şaxtyor" (Ukrayna): Andrey Pyatov, Vyaçeslav Şevçuk, Yaroslav Rakitski, Sergey Krivtsov, İvan Ordets, Taras Stepanenko, Fred, Marlos, Dentinyo, Duqlas Kosta, Luiz Adriano