Emeri Bakıda təcrübəsinə güvənəcək

"Oyunçular və azarkeşlərimizlə fəxr edirəm. Futbolçularım əllərindən gələn hər şeyi etdilər". Newsport.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinalında "Valensiya"ya 4:2 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra deyib.
 
"İlk qoldan sonra sakit olmalı və özümüzü ələ almalı idik. "Valensiya"ya 4 qol vurmaq asan deyil. Çünki onlar yaxşı komandadır" - deyə o bildirib.
 
"Sevilya" ilə 2014, 2015 və 2016-cı illərdə ardıcıl 3 dəfə Avroliqanın qalibi olan Emeri daha sonra vurğulayıb: "Finalda oynamaq çətinir. Amma əvvəlki uğurlarıma görə bu turnirdə çox təcrübəliyəm. Bundan istifadə edəcəyik".
 
Qeyd edək ki, "Arsenal" finalda mayın 29-u Bakı Olimpiya Stadionunda "Çelsi" ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right