"Araz Naxçıvan" Divizionda?

«Komandamızın yeni mövsümdən Divizionda çıxış etməsini mən sox istəyirəm».

Newsport.az-ın məlumatına görə, bunu "Araz Naxçıvan"ın baş məşqçisi Sakit Rzayev deyib.

Region Liqasının bürünc medalını əldə edən Muxtar Respublika təmsilçisinin çalışdırıcısı komandanın əsasını gənclərin təşkil etdiyini, onlara təcrübə qazandırmağın gərəkdiyini bildirib:

«Naxçıvan çempionatında 8 klub çıxış edir. Hamısı rayon komandalarıdı. Burda bizə müəyyən qədər rəqib sayılacaq bir komanda var – Şərurdan «Arpaçay». Şərur futbol şəhəridi, çoxlu sayda meydançası, uşaq məktəbi var. Hər gün məşq edirlər. Deməzdim ki, «Arpaçay» bizə başağrısı yaradır, ancaq rəqiblər içərisində ən yaxşısı onlardı. Qalan komandalar həvəskar səviyyəlidi. Bəzən məşq də etmirlər. Futbolçuların hərəsi bir yerdə işləyir.

«Araz»ın şəraitinə isə söz ola bilməz. Baza ixtiyarımızdadı. Ali Məclisin rəhbərliyi klubumuza gözəl imkanlar yaradıb. Ali Məclisin sədrinin göstərişiylə Maliyyə Nazirliyi «Araz»ın normal fəaliyyət göstərməsini təmin edir. Hər futbolçuya maaş verilir. 15-17 yaşarası gənclərə 200 manat əməkhaqqı ödənilir. Nisbətən yaşlı futbolçular isə 300-350 manat alır. Klubun digər xərcləri də vaxtlı-vaxtında qarşılanır. Yaxınlarda İrana, beynəlxalq oyuna getməyimiz gözlənilir.

Belə deyim, maliyyə sabitliyi və şərait cəhətdən bizdə hər şey qaydasındadı. Divizion səviyyəsində komandayıq. Naxçıvanda istedadlı uşaqlar çoxdu. AFFA-nın dəstəyi ilə gələn mövsümdən Muxtar Respublikada bir aşağı yaş qrupu üzrə ççempionatın keçirilməsi planlaşdırılır.

İstərdim ki, bu, bütün yaş qruplarını əhatə etsin. Elə olsa, «Araz»da yetişən gəncləri bütün Azərbaycan tanıyacaq. Çünki potensial güclüdü. Bilirsiz ki, mayın 19-da Naxçıvanda Azərbaycan kubokunun final oyunu keçiriləcək. Həmin gün AFFA rəhbərliyi də burda olacaq. Yəqin ki, Bakıdan gələnlər «Araz Naxçıvan»ın gələcəyi ilə bağlı söhbət edəcəklər.

Mən bu barədə fikrimi son vaxtlar rəhbərliyə bildirməmişəm. Üç-dörd il qabaq niyyətimi demişdim, ondan sonra bu söhbətə qayıtmamışam. Razılıq əldə olunsa, inanıram ki, «Araz Naxçıvan»da yaxşı çıxış edəcək. Gənclərimizə təcrübə qazandırmaq baxımından, divizion lazımlı yarışdı». ("Sportinfo.az")

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right