Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
Yığmamız Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
23 fevral
Yoldaşlıq oyunu
19:30. Azərbaycan - "Atırau" (Qazaxıstan)