AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda, həmçinin Təhsil Liqasında növbəti oyunlar keçirilib.
Newsport.az xəbər verir ki, “Sabah” FK akademiyasının U-10, U-11 və U-14 komandaları finala vəsiqə qazanıb. U-10 həlledici görüşdə “Neftçi”, U-11 “Keşlə”, U-14 isə “Binə” ilə qarşılaşacaq. Hər 3 oyun mayın 1-də, “ASCO Arena”da keçiriləcək.
Xatırladaq ki, daha öncə bu klubun U-17 komandası çıxış etdiyi liqanın bitməsinə 2 tur qalmış çempionluğu təmin etmişdi. U-16 Liqasında mübarizə aparan “Sabah” isə gümüş medal qazanıb.