Bədavi Hüseynov üçün yubiley

Bədavi Hüseynov “Qarabağ”da 150-ci çempionat matçını keçirib. 

Newsport.az PFl-in saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi “Zirə” ilə görüşə (3:0) start heyətində çıxmaqla buna nail olub. 2012-ci ildən Ağdam klubunda olan Hüseynov 7 mövsümdə keçirdiyi 150 qarşılaşmada 2 qol vurub.

Qeyd edək ki, 2012-ci ilədək “Sumqayıt”da çıxış edən müdafiəçi çempionatda ümumilikdə 176 oyun keçirib və 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right