Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” 26-cı turda “Zirə” ilə üz-üzə gələcək.
Newsport.az xəbər verir ki, Ağdam klubu səfərdə keçiriləcək bu oyuna optimal heyətlə çıxa biləcək.
Belə ki, ötən tur cəza səbəbiylə “Keşlə” ilə oyunda iştirak edə bilməyən futbolçular - Donald Gerye və Filip Ozobiç “Zirə”ylə qarşılaşmada komandasına kömək edə biləcək.
Sabah keçiriləcək “Zirə” - “Qarabağ” matçına saat 16:30-da start veriləcək.