“Sabah”dan yeni transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb.

Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.

Bezruk yeni komandasında 32 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right