Emin oynadı, “Kalmar” xal itirdi

Futbol üzrə İsveç çempionatında 5-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv doğma meydanda “Geteborq” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Emin də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.


“Kalmar” hazırda 6 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right