“Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. 

Newsport.az xəbər verir ki, Gənclər Liqasının çempionu olan U-19 “Keşlə”ni 4:1 hesabı ilə yenib. 27 oyun keçirən komandanın hesabında 72 xal var. 

U-17 öz meydanında “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. 21 görüşdə 46 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb. 

U-15 evdə “Keşlə”ni qəbul edib. 4:1 hesablı qələbə qazanan “Qəbələ” 25 matçdan sonra 66 xalla ikinci yerdədi.

“Qəbələ”nin daha iki komandası AFFA-nın təşkil etdiyi liqaların yarımfinal mərhələsində qüvvəsini sınayıb. U-14 “Binə” ilə görüşüb. Evdə 2:1 hesabı ilə qalib gələn komanda səfərdə məğlub olub – 0:1. “Qırmızı-qaralar” 3-cü yer uğrunda görüşdə “Qarabağ”la üz-üzə gələcək. 

U-12 isə “Neftçi” səddini adlaya bilməyib – 1:1, 1:2. Komanda üçüncülük üçün UGİŞM-2 (Sumqayıt) ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right