Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya seçməsi yoldaşlıq oyunu keçirəcək.
Newsport.az-ın Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, son dünya çempionatının finalçısı 3-cü liqada çıxış edən yerli "Omiş" klubu ilə qarşılaşacaq. Omiş şəhərinin eyniadlı komandasının 100 illik yubileyi münasibətilə təşkil olunacaq görüş mayın 31-də keçiriləcək. Bu, xorvatlar üçün həm də iyunun 8-də seçmə mərhələdə Uelsla oynanılacaq oyun üçün hazırlıq xarakteri daşıyacaq.
Qeyd edək ki, mayın 29-da Splitdə bir araya gələcək Xorvatiya millisi Uelslə oyundan 3 gün sonra Tunis yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.