"Zirə"də ciddi itki: "Qarabağ"la oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" ciddi itkiylə üzləşib.

 

Newsport.az xəbər verir ki, komandanın qapıçısı Kamal Bayramov zədə səbəbindən oyunu buraxmalı olacaq. 33 yaşlı əlcək sahibinin mayın 1-də "Sumqayıt"la Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşünə yetişəcəyi gözlənilir.

 

"Zirə"nin "Qarabağ"la oyunda qapısını 21 yaşlı Abdulla Seyidəhmədov qoruyacaq. İkinci qapıçı Orxan Sadıqlı cəzalı durumda olduğu üçün baş məşqçi Samir Abasovun 1 seçim variantı qalıb.

 

"Zirə" - "Qarabağ" oyunu aprelin 27-də, saat 16:30-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right