Rahid Əmirquliyev iddialı danışdı: "Yalnız qələbə qazanmaq fikirindəyik"

“Səbail”in kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 26-cı turunda “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

 

Newsport.az xəbər verir ki, klubun saytına danışan Əmirquliyev bunları deyib:

 

“Hər oyuna ciddi hazırlaşırıq, amma qarşıdakı matçın xüsusi əhəmiyyətə malik olduğunu qəbul edirəm. Əgər üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq. Biz yalnız qələbə qazanmaq fikirindəyik”.

 

“Səbail” – “Qəbələ” matçı aprelin 26-da, saat 17:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right